...

Kürdəmirdə ağır yol qəzası - ölən və yaralanan var (VİDEO/FOTO)

Hadisə Materials 3 Avqust 2016 19:46 (UTC +04:00)
Kürdəmirdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Kürdəmirdə ağır yol qəzası - ölən və yaralanan var (VİDEO/FOTO)

Bakı. Trend:

Kürdəmirdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.

Kürdəmir rayon sakini Elşən Telman oğlu Əsgərov idarə etdiyi "VAZ-2109" markalı minik maşını ilə yolu keçən piyadalar - Kürdəmir rayon sakinləri - 1966-cı il təvəllüdlü Aidə Ağasəlim qızı Sadıqova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Əli Ramil oğlu Sadıqovu vurub.

Nəticədə Ə.Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb, A.Sadıqova isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti