...

Bakıda döyüşə yararlı mərmi tapıldı

Hadisə Materials 12 Avqust 2016 14:53 (UTC +04:00)
Sabunçu rayonunda döyüş sursatı aşkar olunub.
Bakıda döyüşə yararlı mərmi tapıldı

Trend-i buradan izləyin

Bakı. Trend:

Sabunçu rayonunda döyüş sursatı aşkar olunub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti hadisə yerinə cəlb olunub. Mütəxəssislər tərəfindən aşkar olunmuş mərminin döyüşə yararlı olması müəyyən edilib və xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti