...

FHN Lənkəranda baş vermiş zəlzələ ilə bağlı məlumat yaydı

Hadisə Materials 15 Avqust 2016 12:27 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) səhər saatlarında Lənkəranda baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb.
FHN Lənkəranda baş vermiş zəlzələ ilə bağlı məlumat yaydı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) səhər saatlarında Lənkəranda baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb. FHN-dən Trend-ə daxil olan məlumata görə, rayonda baş vermiş zəlzələ nəticəsində ilkin məlumata əsasən, insan tələfatı və tikililərdə dağıntı yoxdur.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 15 avqust 2016-cı il tarixində Bakı vaxtı ilə saat 11:11-də Lənkəran rayonu ərazisində, 16 km dərinlikdə, 3,7 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ yaxın yaşayış məntəqələrində 3,0 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti