...

Yasamal qəbiristanlığında yanğın olub

Hadisə Materials 21 Oktyabr 2016 11:05 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonunda qəbiristanlığın ərazisində ümumi sahəsi 15 m2 olan fəhlələrin geyinib-soyunma otağının tavanı yanıb.
Yasamal qəbiristanlığında yanğın olub

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonunda qəbiristanlığın ərazisində ümumi sahəsi 15 m2 olan fəhlələrin geyinib-soyunma otağının tavanı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, otağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti