...

Türkiyədə şagird yataqxanasında yanğın: 12 ölü, 22 yaralı (VİDEO)

Hadisə Materials 30 Noyabr 2016 00:49 (UTC +04:00)
Türkiyənin Adana şəhərində yerləşən şagird yataqxalarından birində yanğın baş verib
Türkiyədə şagird yataqxanasında yanğın: 12 ölü, 22 yaralı (VİDEO)

Bakı. Trend:

Türkiyənin Adana şəhərində yerləşən şagird yataqxalarından birində yanğın baş verib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 12 nəfər həlak olub, 22 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.

Ölənlərdən 1-i müəllim, 11 isə şagird olub.

"Baş verən yanğın nəticəsində 12 nəfər həlak olub, 22 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Hazırda hadisə yerində araşdırma aparılır. ", - Adana valisi Mahmud Dəmirtaş deyib.

Yanğının elektrik xətlərində qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti