...

Bakı-Sumqayıt yolunun buz bağlaması zəncirvari qəzaya səbəb oldu

Hadisə Materials 8 Dekabr 2016 10:33 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda zəncirvari yol qəzası baş verib.
Bakı-Sumqayıt yolunun buz bağlaması zəncirvari qəzaya səbəb oldu

Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt yolunda zəncirvari yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında yolun 20-ci kilometrliyində baş verib. Sumqayıtdan Bak istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil yolun "Saray postu" adlanan hissəsində həmin istiqamət üzrə hərəkət edən "Nissan X-Trail" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobil də idarəetməni itirərək həmin maşınlara dəyib. Bu səbəbdən yolda tıxac yaranıb.

Hadisəyə səbəb Bakı-Sumqayıt yolunun həmin hissəsinin buz bağlaması olub. Beton yolun buz bağlaması avtomobillərin hərəkətinə mane olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti