...

Ötən il 350 polis əməkdaşı cəzalandırılıb

Hadisə Materials 27 Yanvar 2017 17:06 (UTC +04:00)
2016-cı ildə daxili nəzarət qaydasında keçirilmiş tədbirlərlə vətəndaşları əsassız polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb.
Ötən il 350 polis əməkdaşı cəzalandırılıb

Bakı. Samir Əli - Trend:

2016-cı ildə daxili nəzarət qaydasında keçirilmiş tədbirlərlə vətəndaşları əsassız polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun geniş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov deyib. Nazir bildirib ki, həmin şəxslərdən 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib.

Nazirin sözlərinə görə, kadrlarla iş və şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması sahəsində fəaliyyət də nəzarətdə saxlanılıb. Peşə hazırlığının artırılması üzrə davam etdirilən tədbirlərlə 18 mindən artıq əməkdaş müxtəlif təlimlərə, ixtisasartırma kurslarına və beynəlxalq treninqlərə cəlb olunub.

Kollegiya iştirakçılarının nəzərinə çatdırılıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunçuluğun qorunması sahəsində xidməti vəzifələrin icrasına da tələbkarlıq artırılıb. Nəticədə insan hüquq və azadlıqlarının pozulması faktlarının sayı 10,9 faiz, o cümlədən əsassız saxlamaların sayı 33,3 faiz, kobud rəftar halları isə 41,3 faiz azalıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının sayının 29 faiz, həmin əməllərə yol vermiş əməkdaşların sayının 13 faiz azalması və bu təmayülün son 3 ildə davamlı xarakter alması qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti