...

Bakıda 5 otaqlı ev yanıb

Hadisə Materials 7 May 2017 05:03 (UTC +04:00)
Bakıda yanğın hadisəsi qeydə alınıb
Bakıda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 370 m² olan mansard tipli ikimərtəbəli 5 otaqlı evin dam örtüyü, mansardı və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti