Bakı. Trend:
Nərimanov rayonunda partlayış təhlükəli döyüş sursatının aşkar olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda partlayış təhlükəli döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirmiş və sursatın döyüş tətbiqinə yararsız 1 ədəd 100 millimetr çaplı top mərmisi olduğu müəyyən edilib.
Mərmi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:20-də başa çatıb.