...

Bakıda bağ evinə basqın - gözətçiyə xəsarət yetirib evi yandırıblar

Hadisə Materials 28 İyun 2017 12:40
Bakıda bağ evinə basqın edilib.
Bakıda bağ evinə basqın - gözətçiyə xəsarət yetirib evi yandırıblar

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda bağ evinə basqın edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 27-də saat 2 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.

İ.Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti