Bakı. Trend:
Bakıda yük maşını ilə minik avtomobili toqquşub.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
Əməliyyat saat 00:29-da başa çatıb.