...

Fatmayıda dənizdə batan şəxs xilas edilib

Hadisə Materials 2 Avqust 2017 15:02 (UTC +04:00)
Bu gün gündüz saatlarında Xəzərdə batan şəxs xilas edilib.
Fatmayıda dənizdə batan şəxs xilas edilib

Bakı. Trend:

Bu gün gündüz saatlarında Xəzərdə batan şəxs xilas edilib. Trend-ə FHN-dən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonu, Fatmayı kəndində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Əməliyyat saat 12:31-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti