Bakı. Trend:
Bakı şəhəri, Nəsimi rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, GBakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 168 m2 olan 3 otaqlı mənzilin bir otağında kondisioner və kitab rəfləri 7 m2 sahədə yanıb, yüksək temperaturdan digər məişət əşyaları əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 19:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.