...

Ucarda qohumuna hədə-qorxu gələn şəxs saxlanılıb

Hadisə Materials 20 Noyabr 2017 15:23 (UTC +04:00)
Ucar RPŞ-yə rayon sakini Fariz Əhmədovun yeznəsi Rövşən Kərimov tərəfindən bıçaqla hədələnməsi barədə məlumat daxil olub.
Ucarda qohumuna hədə-qorxu gələn şəxs saxlanılıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” xidmətindən Ucar RPŞ-yə rayon sakini Fariz Əhmədovun yeznəsi Rövşən Kərimov tərəfindən bıçaqla hədələnməsi barədə məlumat daxil olub.

DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, Ucar RPŞ-nin əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. R.Kərimov bıçaqla əməkdaşlara müqavimət göstərərək qaçmağa cəhd göstərib. Lakin zərərsizləşdirilərək şöbəyə gətirilib. Araşdırmalarla R.Kərimovun narkotik aludəçisi olduğu da müəyyən olunub. Əvvəllər məhkum olmuş bu şəxsin avtomobilinə baxış zamanı oradan 8 bükümdə narkotik vasitə-heroin və beşbarmaq aşkar edilərək götürülüb.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti