...

Sabirabadda 4 otaqlı ev yanıb: 1 nəfər ölüb

Hadisə Materials 3 Dekabr 2017 01:13 (UTC +04:00)
Sabirabadda yanğın qeydə alınıb
Sabirabadda 4 otaqlı ev yanıb: 1 nəfər ölüb

Bakı. Trend:

Sabirabadda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Nərimankənd kəndində ümumi sahəsi 150 m2 olan (üst örtüyü qamışdan ibarət) birmərtəbəli 4 otaqlı ev yanıb.

Ev sahibinin həyat yoldaşı, 1962-ci il təvəllüdlü Qarayeva Kübra Nəsir qızı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş halda yanan evdən çıxarılmış və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib.

Evin qalan hissəsi və evə bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti