Vətəndaşlarla kobud rəftar, əsassız saxlama və qanunsuz axtarışa görə 4 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib

Vətəndaşlarla kobud rəftar, əsassız saxlama və qanunsuz axtarışa görə  4 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib

Bakı. Trend:

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini qəbul edib.

DİN-dən Trend-ə verilən məlumata görə, nazir 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Azərbaycan - Avropa Birliyi münasibətlərinin hüquqi əsasını təşkil etdiyini, həmin dövrdə beynəlxalq ekspertlərin iştirakı ilə polisin fəaliyyətini tənzimləyən yeni qanunların hazırlandığını və xidməti fəaliyyətdə rəhbər tutulan bu sənədlərdə məhz insan hüquq və azadlıqlarının qorunması və təmininin əsas fəaliyyət istiqaməti kimi müəyyən edildiyini bildirib. Qanunların icrasını həyata keçirmək, o cümlədən şəxsi heyətin peşəkarlığının artırılması və ümumilikdə polisin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi məqsədilə BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq qurumların təşkilatçılığı ilə təşkil olunan təlimlərdə, seminarlarda, konfrans və forumlarda 10 minə yaxın polis əməkdaşının iştirak etdiyi də qonağın nəzərinə çatdırılıb. Qeyd olunub ki, ədalətli və şəffaf seçki prosesinin keçirilməsi, o cümlədən seçki hüququna malik vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmini, seçki proseslərinə polis əməkdaşlarının müdaxiləsinin qarşısının alınması məqsədilə təşkil edilən təlimlərdə polisin vəzifəsinin yalnız asayişin, əmin-amanlığın qorunması və insanlara öz iradələrini maneəsiz ifadə etməyə lazımi şəraiti yaratmaqdan ibarət olması istiqamətində izahedici işlər aparılıb, seçkiöncəsi prezidentliyə namizədlərin seçicilərlə görüşü və keçirdikləri digər kütləvi tədbirlər zamanı onların təhlükəsizliyi tam təmin edilib.

O da bildirilib ki, hüquq qaydasına riayət edilməsinin fasiləsiz və canlı izlənilməsi məqsədilə istismara verilmiş "102 Zəng Mərkəzi" Xidmətinin və “Təhlükəsiz Şəhər” sisteminin fəaliyyəti məhz insan amili kimi ali prinsip üzərində qurulmuşdur. «102 Zəng Mərkəzi» Xidmətinə il ərzində daxil olan orta hesabla 250 mindən çox məlumat üzrə görülən çevik cavab tədbirləri ilə, eləcə də «Təhlükəsiz şəhər” sisteminin 110 mindən artıq videomüşahidə kamerasının tətbiqi sayəsində hər il 20 mindən çox hüquqazidd əməlin qarşısı alınır, 1.400-ə yaxın cinayət “isti izlərlə” açılır.

Polisin fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən korrupsiyaya şərait yaradan halların və bu kimi hüquqpozmalara yol verən əməkdaşların müəyyən olunub barələrində müvafiq tədbirlərin görülməsi işinin təşkili məqsədilə Nazirliyin strukturunda müvafiq qurumun yaradıldığı qeyd olunub.

Nazir R.Usubov bildirib ki, ötən 5 ildə korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 203 fakt üzrə 317 əməkdaş haqqında məsuliyyət tədbirləri görülüb. Onlardan 205 nəfəri xidmətdən xaric olunub, 85 nəfəri tutduğu vəzifədən azad edilib, 27 nəfər barəsində isə digər intizam tənbehləri tətbiq edilib.

İşgəncənin, ləyaqəti alçaldan və ya qeyri-insani rəftarın qarşısının alınması üzrə Avropa Komitəsinin tövsiyələrinə uyğun olaraq müvəqqəti saxlama yerlərində şəraitin yaxşılaşdırılması üçün zəruri olan bütün işlərin görüldüyünü qeyd edən nazir onu da bildirib ki, respublika üzrə DİN-in 72 Müvəqqəti Saxlama Yeri (MSY) mövcuddur ki, onlar da beynəlxalq standartlara uyğun qurularaq müasir siqnalizasiya, video-nəzarət və digər avadanlıqlarla təchiz edilblər. Son 5 ildə müvəqqəti saxlama yerlərində 1359 monitorinqin keçirildiyi, xidmət zamanı yol verdikləri nöqsanlara görə 329 əməkdaşın müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu vurğulanıb.

Qonağın diqqətinə çatdırılıb ki, aparılan araşdırmalar zamanı işgəncə vermə və ləyaqəti alçaldan faktlar aşkar edilməyib. Bununla belə, son 5 ildə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, bir sözlə vətəndaş hüquqlarını pozduqlarına görə 1378 fakt üzrə 1797 nəfər cəzalandırılıb ki, onlardan 4-ü cinayət məsuliyyətinə cəlb edilib, 170-i DİO-dan xaric edilib, 161 nəfər tutduğu vəzifədən azad olunub, 10 nəfərin xüsusi rütbəsi aşağı salınıb, 1452 nəfər barəsində digər intizam tədbirləri görülüb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu vurğulanıb.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən xanım Norika Nikolai Avropa Parlamentinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, əməkdaşlığın daha da genişlənməsində səylərini əsirgəməyəcəyini vurğulayıb.

İşgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisini maraqlandıran suallar cavablandırılıb.

UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək
UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Ermənilər 900-dən çox Azərbaycan toponimini erməniləşdiriblər
Ermənilər 900-dən çox Azərbaycan toponimini erməniləşdiriblər
Loading Bars
Xəbər lenti
"Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib
Bakıda qəza: Yolda sıxlıq var
Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil - Deputat
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir (FOTO)
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda 3 469 nəfər COVID-19-a yoluxub, 1 229 nəfər sağalıb, 30 nəfər vəfat edib
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar
DYP texniki baxışla bağlı sürücülərə müraciət edib
27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi - Cavid Qurbanov
Azərbaycan enerji sektorunda bazar islahatları üzrə seminar keçirilib (FOTO)
Tərtər rayonunun Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı (FOTO)
Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir - Vüqar Rəhimzadə
Gəncədə evdən kişi meyiti tapılıb
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək (FOTO)
Bakı Dövlət Universitetinin dekanı COVİD-19-dan ölüb
Şuşada 27 ildən sonra ilk taksimiz (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək
Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib
Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb
Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Lənkəranda sitrus bağlarına qənim kəsilənlər saxlanılıb
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
Direktor vəzifəsinə işə qəbulla bağlı son 3 ilin nəticələri açıqlandı
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi (ÖZƏL)
“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib (FOTO)
Abşeron, Binəqədi və Sabunçu rayonlarına içməli su məhdudiyyətlə veriləcək
Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayıb
DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır
BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək
Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)
Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev
Xilaskar Prezident
Şəmkir sakinindən silah götürülüb (FOTO)
Azərbaycana daha 5 zubr gətirilib (FOTO/VİDEO)
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb
Astarada daha 2 koronavirus xəstəsi yaşayış yerini tərk edib
Kəlbəcər sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək
Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir - Alim
Ödənişləri PAŞA Bank kartı ilə etmək üçün daha bir səbəbiniz var!
Dövlət Gömrük Komitəsinin sədri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Naxçıvan Muxtar Respublikasının statistik göstəriciləri açıqlanıb
Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq - DİM sədri
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü (FOTO)
Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan ərazilərimizdən çıxsın - Deputat
Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq - Əli Əhmədov
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
Sabahın hava proqnozu açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat
PAŞA Bank Visa və “Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt ictimai nəqliyyatında gediş haqqının təmassız ödəniş sistemini təqdim edir
Şabranda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı - Kəlbəcər sakini (VİDEO)
Azərbaycan tibb elminə ağır itki üz verib
Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı 500-ü keçdi
Azərbaycan nefti bahalaşıb
Azərbaycan Prezidenti: Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb., indi Şuşada su yoxdur
Prezident İlham Əliyev: Bizi nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın
Prezident İlham Əliyev: Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?
Prezident İlham Əliyev: Paşinyan 7 şərti bizə irəli sürəndə demişəm, sənin yeddi şərtini zibil yeşiyinə atıram
Biləsuvarda rayondan çıxmaq istəyən koronavirus xəstələri postda saxlanılıb
Azərbaycan Prezidenti: Düşmən “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdi, hanı o xəritələr?
Prezident İlham Əliyev: Əsgərlərimiz Ağdam rayonunun bir kəndində erməni əhalisinə çıxmaq üçün şərait yaradıb
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb
Azərbaycan Prezidenti: Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq
Prezident İlham Əliyev: Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, elə bil ki, vəhşi qəbilə keçib oradan
Rektor etiraz etdi, Yerevanda keçiriləcək iclas və seçki ləğv olundu
Azərbaycan Prezidenti: Biz erməni faşizmini məhv etdik
Ermənistanın hərbi cinayətlər törətmiş şəxsləri cavab verməlidir - Ceyhun Bayramov
Prezident İlham Əliyev: Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın
Azərbaycan Prezidenti: Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir
Prezident İlham Əliyev: Saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev xalqın tələbi ilə gəlməsəydi, dövlətçilik əldən gedəcəkdi
Azərbaycan Prezidenti: Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir
Britaniyadakı azərbaycanlılar Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Balakəndə maska taxmayanlar cərimələnib
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Vilyam Hacıyev koronavirusa yoluxdu
Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım (FOTO)
Bütün xəbərlər