...

Azərbaycan sərhədini pozmağa cəhd edən 4 əcnəbi saxlanıldı (FOTO)

Hadisə Materials 2 May 2018 10:05 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 29-da DSX əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

DSX-dən Trend-ə verilən məlumata görə, hadisə Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsinin xid­məti ərazisində baş verib. Ağstafa rayonunun Sa­dıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində döv­lət sər­hə­dini pozarkən 4 sərhəd pozucusu saxlanılıb.

Araşdırma zamanı Azərbaycandan Gürcüstan isti­qamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hin­dis­tan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəl­lüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyən edilib. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pa­kistan rupisi aşkar olunub.

Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan Respublikası ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələ­ri­nə getmək məqsədilə dövlət sərhədini poz­­araq Gürcüstan ərazisinə keç­məyə cəhd göstərmələri müəyyən edil­ib.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti