...

Balakən sakininin həyətində 235 ədəd çətənə kolu aşkar edilib

Hadisə Materials 9 May 2018 13:30 (UTC +04:00)
Sumqayıt və Balakəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.
Balakən sakininin həyətində 235 ədəd çətənə kolu aşkar edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Sumqayıt və Balakəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Quliyevdən 460 qram marixuana götürülüb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Hənifə kənd sakini Ülviyyə Məmmədovaya məxsus həyətanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 235 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti