...

Azərbaycanda İnterpol xətti ilə axtarışda olan əcnəbi saxlanıldı (FOTO)

Hadisə Materials 2 İyul 2018 11:53 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 4-ü Türkiyə, 1-i İran, 1-i Banqladeş və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbir nəticəsində 7-si Nepal vətəndaşı olmaqla ümu­mi­lik­də 13 əcnəbi aşkar edilib.
Azərbaycanda İnterpol xətti ilə axtarışda olan əcnəbi saxlanıldı (FOTO)

Bakı. Trend:

Dövlət Miqrasiya Xidməti tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 4-ü Türkiyə, 1-i İran, 1-i Banqladeş və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbir nəticəsində 7-si Nepal vətəndaşı olmaqla ümu­mi­lik­də 13 əcnəbi aşkar edilib.

Xidmətdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qay­da­larını poz­duqları məlum olub.

Saxlanılmış Banqladeş vətəndaşı Saiful İslamın Azərbaycan ərazisindən istifadə etməklə İrana və oradan da Türkiyəyə keçiriləcəyi vədi ilə ölkəyə gətirildiyi və qanunsuz miqranta çevril­məsi­nə şə­rait yaradıldığı müəyyən edilib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Eyni zamanda saxlanılmış Türkiyə vətəndaşlarından Sokmen Sabrinin İnterpol xətti ilə axtarışda olduğu müəyyən edilərək müvafiq orqanlara məlumat verilib.

Miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.

DMX qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti