...

Ramanada 100-ə yaxın Eldar şamı kəsilib

Hadisə Materials 2 İyul 2018 15:28
Sabunçu və Xəzər Rayon İcra Hakimiyyətlərinə və Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib.
Ramanada 100-ə yaxın Eldar şamı kəsilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Ramanada qanunsuz ağac kəsintisi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər rayonu, Ramana 2 qəsəbəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidəki yaşıllıq zolağının hasara alındığı və 100-ə yaxın Eldar şamı ağacının kəsildiyi aşkar edilib.

Qanun pozucuları barədə qanunamüvafiq tədbirlərin görülməsi, ərazidə olan yaşıllıqların qorunması və hasarın sökülməsi üçün Sabunçu və Xəzər Rayon İcra Hakimiyyətlərinə və Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti