...

DİN Ağsuda baş verən qətllə bağlı məlumat yayıb

Hadisə Materials 7 İyul 2018 14:32 (UTC +04:00)
Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanı qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri Mahir Bəyalıyev tutulub.
DİN Ağsuda baş verən qətllə bağlı məlumat yayıb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi Ağsuda baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 6-da Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gəlmiş keçmiş əri, Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Bəyalıyeva orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti