...

Misir kurortunda akula turisti parçalayaraq öldürüb

Hadisə Materials 6 Avqust 2018 09:16 (UTC +04:00)
Misirin məşhur Marsa-Alam kurortunda akula turistə hücum edib.
Misir kurortunda akula turisti parçalayaraq öldürüb

Bakı. Trend:

Misirin məşhur Marsa-Alam kurortunda akula turistə hücum edib. Trend-in məlumatına görə, akula həmin şəxsə sahildən 20 km məsafədə suyun dibində olarkən hücum edib.

Kişinin bədəninin qalıqları sahildən tapılıb.

Bildirilir ki, turist Çexiya vətəndaşı olub, həyat yoldaşı və uşağı ilə istirahətə gəlib. Onun ölümü ilə bağlı istintaq qrupu yaradılıb.

Sonuncu dəfə oxşar hadisə Misirdə 2015-ci ildə baş vermişdi. Həmin vaxt akula almaniyalı turist xanımı parçalamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti