...

Salyanda ehtiyatsızlıq ölümə səbəb oldu

Hadisə Materials 9 Avqust 2018 15:43 (UTC +04:00)
Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Salyanda ehtiyatsızlıq ölümə səbəb oldu

Bakı. Trend:

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 06 radələrində Salyan rayonu ərazisində Bakı şəhər sakini Vüsal Babayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış eyni markalı avtomobilə vurub, sonradan isə yaxınlıqda dayanmış avtomobilin sahibi Lənkəran şəhər sakini Bəxtiyar Əzizova dəyib.

Nəticədə B.Əzizov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti