...

Cəlilabad sakini maşını hasara vurdu, həyat yoldaşı öldü

Hadisə Materials 14 Avqust 2018 11:54 (UTC +04:00)
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Cəlilabad sakini maşını hasara vurdu, həyat yoldaşı öldü

Bakı. Trend:

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 13-də saat 16 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə onun sərnişini - həyat yoldaşı Elza Hüseynova hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti