Bakı. Trend:
Abşeronda piyada ölümünə səbəb olan sürücü saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 12-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KamAZ” markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini Xalid Daşdıyev saxlanılıb.