...

Məşhəddə partlayış - 10 nəfər ölüb

Hadisə Materials 25 Avqust 2018 15:02 (UTC +04:00)
3 yaşayış evinin dağılması nəticəsində on nəfər həlak olub, 5 nəfər yaralanıb.
Məşhəddə partlayış - 10 nəfər ölüb

Bakı. Trend:

İranın şimal-şərqindəki Məşhəd şəhərində 3 yaşayış evinin dağılması nəticəsində on nəfər həlak olub, 5 nəfər yaralanıb.

Trend-in məlumatına görə, yerli yanğınsöndürmə xidmətinin nümayəndəsi Mehdi Rezai bildirib ki, hadisəyə səbəb istilik sistemində baş verən partlayış olub.

Onun sözlərinə görə, 3 ev tamamilə dağılıb, daha 15 evə isə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti