...

Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanılıb

Hadisə Materials 14 Sentyabr 2018 17:53 (UTC +04:00)
Sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılıb.
Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanılıb

Bakı. Trend:

Sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görülmüş təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı alınıb, bu zaman xəsarət alan olmayıb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılarkən R.Şükürov ictimai qaydanı pozub. Şöbəyə gətirilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində 5 gün müddətində inzibati həbs qərarı çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti