...

Cəlilabadda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 24 Sentyabr 2018 12:13 (UTC +04:00)
Cəlilabad şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Cəlilabadda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Bakı. Trend:

Cəlilabad şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 22-də saat 19 radələrində Cəlilabad şəhərinin ərazisində Əliabad kənd sakini Sucayət Hümbətov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Məlikqasımlı kənd sakini Afizə İmanovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti