...

Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb

Hadisə Materials 12 Noyabr 2018 14:01 (UTC +04:00)
Qəbələ rayon sakini S.Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb
Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb

Bakı. Trend:

Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbə sakinləri Sadiq Mehrəliyev, Cümşüd Kərimov, Elşad Sədirov və Taleh Yusifov ov məqsədilə qəsəbənin dağlıq meşə sahəsinə gediblər.

Noyabrın 10-da saat 19 radələrində S.Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb.

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən C.Kərimovdan “TOZ” markalı, E.Sədirovdan “BUM” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti