Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Antalya vilayəti polis idarəsinin rəis müavini Əli Karaarslan ölü tapılıb.
Trend-in məlumatına görə, onun meyiti Antalyanın Kəpəz rayonunda avtomobilin içərisində tapılıb.
Onun bədənində güllə yarasının aşkar olunduğu deyilir.
İlkin ehtimallara görə, Ə.Karaarslan intihar edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rize vilayətinin polis rəisi hücuma məruz qalaraq öldürülmüşdü.