...

İki gün ərzində yol qəzalarında 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb

Hadisə Materials 21 Yanvar 2019 10:12 (UTC +04:00)
Yanvarın 19-dan 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
İki gün ərzində yol qəzalarında 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Yanvarın 19-dan 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 208 cinayət faktı qeydə alınıb, onların da 51-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti