Bakı. Trend:
Paytaxtda oğurluq edən 2 yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən martın 21-də rayon ərazisindəki apteklərin birindən pul oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.