...

Bakıda Ağcabədi sakinini parkda bıçaqla hədələyən şəxslərdən biri tutulub, digəri axtarılır

Hadisə Materials 3 Aprel 2019 13:31 (UTC +04:00)
Quldurluq etməkdə şübhəli bilinən Zəngilan rayon sakini E.Əlifli saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib
Bakıda Ağcabədi sakinini parkda bıçaqla hədələyən şəxslərdən biri tutulub, digəri axtarılır

Bakı. Samir Əli - Trend:

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Ağcabədi rayon sakini P.Rüstəmov aprelin 1-də saat 1 radələrində Salyan yolu küçəsində yerləşən parkda 2 nəfərin onu bıçaqla hədələyib döyərək pul verməsini tələb etdiklərini, pulu olmadığından çıxıb getdiklərini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini E.Əlifli qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti