...

Saatlıda 3 otaqlı evdə partlayış - Xəsarət alan var

Hadisə Materials 4 Aprel 2019 10:25 (UTC +04:00)
Saatlı rayonunun Xanlarkənd kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən ani partlama baş verib.
Saatlıda 3 otaqlı evdə partlayış - Xəsarət alan var

Bakı. Trend:

Saatlı rayonunun Xanlarkənd kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən ani partlama baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı otaqların birində qamışdan ibarət tavan 1 m² sahədə və yataq dəsti qismən yanıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, ani partlama məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti