...

Avtobus avtomobilə çırpılıb aşdı – Ölən və xəsarət alanlar var

Hadisə Materials 4 Aprel 2019 10:35 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın Kirman vilayətində Zahidan-Yəzd magistralında hərəkət edən avtobus “Samand” markalı avtomobillə toqquşduqdan sonra aşıb.

Trend-in məlumatına görə, bunu İranın Kirman vilayəti fövqəladə hallar və tibbi yardımlar mərkəzinin direktoru Məhəmməd Sabiri deyib.

M.Sabirinin sözlərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 23 nəfər yaralanıb.

Sabiri əlavə edib ki, yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti