...

Parisdə Notr-Dam kilsəsindəki yanğın söndürülüb (VİDEO/FOTO) (YENİLƏNİB-3)

Hadisə Materials 16 Aprel 2019 06:37 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsində baş verən yanğın söndürülüb
Parisdə Notr-Dam kilsəsindəki yanğın söndürülüb (VİDEO/FOTO) (YENİLƏNİB-3)

Trend-i buradan izləyin

İlk xəbər saat 22:20-də yayılıb

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsində baş verən yanğın söndürülüb.

Trend-in "Le Figaro" qəzetinə istinadən verdiyi məlumata görə, yanğın söndürülüb və hazırda isti hissələrin soyudulması prosesi gedir.

"Le Parisien" qəzeti öz növbəsində bildirir ki, yanğının yalnız bir hissəsi söndürülüb.

XXX

05:47

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsində baş verən yanğın lokallaşdırılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Parisien" qəzeti xəbər verir.

XXX

23:12

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsi yanır.

Trend-in məlumatına görə, yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edir və hadisə yerinə yanğınsöndürən briqadaları gəlməkdə davam edir.

Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir.

XXX

22:20

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsi yanır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın təxminən yerli vaxtla saat 18:50-də başlayıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən briqadaları cəlb edilib. Yanğın davam edir.

Xəbər lenti

Xəbər lenti