...

Salyanda mikroavtobus qəzasında xəsarət alanların ADLARI məlum oldu - 3-ü uşaqdır

Hadisə Materials 26 Aprel 2019 10:06 (UTC +04:00)
Salyanda mikroavtobus qəzasında xəsarət alanların adları məlum olub
Salyanda mikroavtobus qəzasında xəsarət alanların ADLARI məlum oldu - 3-ü uşaqdır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Salyanda mikroavtobus qəzasında xəsarət alanların adları məlum olub.

Trend-in məlumatına görə, rayonun Noxudlu kəndində sərnişin mikroavtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

Xəsarət alanlar - Salyan rayon sakinləri 1979-cu il təvəllüdlü Muradov Elməddin Yunis oğlu sol said sümüyünün sınığı, 1977-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu sol bud sümüyünün sınığı, Masallı rayon sakini 1965-ci il təvəllüdlü Zeynalova Xumnaz Feyruz qızı sol qulaq və alt dodağın əzilməsi və Cəlilabad rayon sakini 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hətəm oğlu qarının və üzün sol tərəfinin küt əzilməsi xəsarətləri ilə Salyan rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Qəzada xəsarət alan 1988-ci il təvəllüdlü Allahverdiyev Tanrıverdi Elnur oğlu, 1962-cil təvəllüdlü Əmənova Əzizə Əmir qızı, 1999-cu il təvəllüdlü Kərimov Bilal Nazim oğlu, 2001-ci il təvəllüdlü Əliyeva Şəfəq Famil qızı, onun qardaşı 2004-cü il təvəllüdlü Əliyev Nicat Famil oğlu və 1987-ci il təvəllüdlü Abbasov Anar Azər oğlu ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə göndəriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti