...

Sumqayıtda ağır yol qəzası, ölənlər var

Hadisə Materials 10 May 2019 22:08 (UTC +04:00)
Sumqayıltda ağır yol qəzası baş verib
Sumqayıtda ağır yol qəzası, ölənlər var

Bakı. Trend:

Sumqayıltda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti