...

Ağdaşda kafe yanıb

Hadisə Materials 26 May 2019 00:06 (UTC +04:00)
Ağdaşda yanğın qeydə alınıb
Ağdaşda kafe yanıb

Bakı. Trend:

Ağdaşda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Ləki qəsəbəsində bir dam altında tikilən ümumi sahəsi 655 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 450 m² sahədə və bitişik ümumi sahəsi 120 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Kafenin, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti