Bakı. Trend:
Zaqatalada ikimərtəbəli ev yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonunun Aşağı Tala kəndində ümumi sahəsi 156 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində mətbəxin və hamam otağının yanar konstruksiyaları 12 m² sahədə və 1 ədəd məişət texnikası yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.