...

Çuqun zavodunda PARTLAYIŞ - Ölən və yaralananlar var

Hadisə Materials 29 May 2019 16:53 (UTC +04:00)
Çinin şərqindəki Nanman şəhərində çuqun istehsalı zavodunda partlayış baş verib.
Çuqun zavodunda PARTLAYIŞ - Ölən və yaralananlar var

Bakı. Trend:

Çinin şərqindəki Nanman şəhərində çuqun istehsalı zavodunda partlayış olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub, daha 9 nəfər isə yaralanıb.

Qeyd olunur ki, partlayış zavodun qaz kəmərində baş verib. Partlayışdan sonra zavodda yanğın başlayıb.

Yanğının qarşısı alınıb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti