...

Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşub (YENİLƏNİB)

Hadisə Materials 1 İyun 2019 17:36 (UTC +04:00)
Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşub.
Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşub (YENİLƏNİB)

(Təfərrüatlar əlavə edilib)

Bakı. Trend:

Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşub.

Trend-in məlumatına görə, hadisə Adıgey Respublikasında baş verib. Məlumata görə, "KAMAZ" markalı yük avtomobili qatar yoluna çıxıb. Toqquşma nəticəsində yük avtomobili, eləcə də qatarın bir vaqonu və lokomotivi yanıb.

"KAMAZ"ın sürücüsü xəsarət alıb. Sərnişinlərdən həkimə müraciət edən olmayıb. Hazırda qəza yerində polis və yanğınsöndürənlər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti