...

Prospektdə avtomobil yanıb - Tıxac var

Hadisə Materials 14 İyun 2019 21:03 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda avtomobil yanıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bir qədər əvvəl Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyat vasitəsi yanıb.

Bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi, Babək və Şah İsmayıl Xətai prospektlərindən Heydər Əliyev prospekti istiqamətində tıxac müşahidə edilir.

Qeyd edilən və ətraf küçələrdə nəqliyyat vasitələrinin hərəkətində sıxlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti