...

Quba sakini Xızıda yol qəzasında öldü

Hadisə Materials 19 İyun 2019 15:27 (UTC +04:00)
Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Quba sakini Xızıda yol qəzasında öldü

Bakı. Trend:

Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 18-də saat 10 radələrində Xızı rayonu ərazisində Bakı şəhər sakini A.Kamalov idarə etdiyi “Ravon Nexia” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən Quba rayon sakini Rəsmiyyə Mirzəyeva hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti