...

Biləsuvarda bir neçə minik avtomobili yanıb

Hadisə Materials 26 İyun 2019 20:41 (UTC +04:00)
Biləsuvarda yanğın qeydə alınıb
Biləsuvarda bir neçə minik avtomobili yanıb

Bakı. Trend:

Biləsuvarda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 18 m² olan taxtadan ibarət köşkün yanar konstruksiyaları, yaxınlıqda dayanan 2 ədəd “Hyundai”, 2 ədəd “VAZ”, 1 ədəd “Mercedes” və 1 ədəd “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti