...

ƏMƏLİYYAT keçirildi - 3 ton narkotik vasitə aşkarlandı

Hadisə Materials 3 İyul 2019 17:43 (UTC +04:00)
Sistan və Bəluçestan vilayətində polis əməkdaşlarının keçirdiyi 2 əməliyyat nəticəsində 2,76 ton narkotik maddə aşkarlanıb.
ƏMƏLİYYAT keçirildi - 3 ton narkotik vasitə aşkarlandı

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində narkotik maddələrlə mübarizə üzrə polis əməkdaşlarının keçirdiyi 2 əməliyyat nəticəsində 2,76 ton narkotik maddə aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, əldə olunan məlumatlar əsasında polis əməkdaşları İranşəhr rayonunda əməliyyat keçirib.

Qənbəri əlavə edib ki, əməliyyatda 2 ədəd avtomobildən 1,07 ton tiryək, 410 kq həşiş, 17 kq digər narkotik maddə, həmçinin 2 ədəd “Kalaşnikov” silahı aşkarlanıb və 2 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti