...

Sabunçuda 3 otaqlı ev yanıb

Hadisə Materials 6 İyul 2019 04:24 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonda ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyü, 2 otağının yanar konstruksiyaları və əşyaları 70 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti