...

Neftçalada “Mercedes” aşdı, ölən və xəsarət alanlar var

Hadisə Materials 8 İyul 2019 22:30 (UTC +04:00)
Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Neftçalada “Mercedes” aşdı, ölən və xəsarət alanlar var

Bakı. Trend:

Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 7-də saat 14 radələrində Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində Salyan şəhər sakini F.Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən - anası Əminə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti