...

"TIR" minik avtomobili ilə toqquşdu (FOTO)

Hadisə Materials 26 İyul 2019 10:00 (UTC +04:00)
Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
"TIR" minik avtomobili ilə toqquşdu (FOTO)

Bakıl. Ceyhun Ələkbərov - Trend:

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Binəqədi qəsəbəsi, Biləcəri dairəsi adlanan yerdə qeydə alınıb. Qəza minik avtomobili ilə "TIR" arasında baş verib. Dairəyə girən yük avtomobili "Hyundai" markalı minik avtomobilini arxadan vurub.

Qəzada xəsarət alan olmasa da, minik maşınına ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunublar.

Qəza baş verən ərazidə bir müddət tıxac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti