...

Ağstafada güllə, tüfəng və əl qumbarası tapılıb (FOTO)

Hadisə Materials 26 Avqust 2019 23:39 (UTC +04:00)
26 Avqust tarixində saat 17:02-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində güllə, tüfəng və əl qumbarasının tapılması barədə məlumat daxil olub
Ağstafada güllə, tüfəng və əl qumbarası tapılıb (FOTO)

Bakı. Trend:

26 Avqust tarixində saat 17:02-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində güllə, tüfəng və əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı, 1 940 ədəd müxtəlif çaplı patron, 4 ədəd avtomat darağı, 1 ədəd tir tüfəngi və 1 ədəd tir tapançası aşkar olunmuşdur. Aşkar olunmuş tir tüfəngi və tir tapançası Ağstafa rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verilmiş, digər hərbi təyinatlı əşyalar isə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Hərbi təyinatlı əşyalar ətrafında 250 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti